Poroşenko sülhməramlılarla bağlı qərarı təsdiqlədi
Bizi izləyin

Dünya

Poroşenko sülhməramlılarla bağlı qərarı təsdiqlədi

Ukrayna prezidenti Pyotr Poroşenko beynəlxalq sülhməramlı qüvvələrin dəvət edilməsi ilə bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 18 fevral tarixində qəbul etdiyi qərarı təsdiqləyib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında deyilir.

Qeyd edək ki, Ukrayna prezidenti fevralın 18-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Kiyev üçün ən yaxşı formatın Avropa Birliyinin polis missiyası olduğunu deyib. O, əminliyini ifadə edib ki, hazırkı vəziyyətdə Avropa Birliyinin sülhməramlıları təhlükəsizliyin ən effektiv və ən optimal zamini olacaq. Poroşenko bu məsələnin Fransa və Rusiya prezidentləri, həmçinin Almaniya kansleri ilə müzakirə edildiyini vurğulayıb.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra qrupun katibi Aleksandr Turçinov da bildirib ki, təmasın xəttində və Kiyevin nəzarət etmədiyi Ukrayna-Rusiya sərhədində beynəlxalq güclər yerləşdirilməlidir. Turçinov Ukraynanın Ali Radasının müraciətinin BMT və Avropa Birliyi tərəfindən müsbət qarşılanacağına ümid etdiyini dilə gətirib.

Rəsmi Moskva və separatçılar isə beynəlxalq sülhməramlıların münaqişə zonasında yerləşdirilməsinə qarşı çıxır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm