Kerri 20 dəqiqəlik görüşdə Lavrovla nəyi müzakirə etdi?
Bizi izləyin

Dünya

Kerri 20 dəqiqəlik görüşdə Lavrovla nəyi müzakirə etdi?

ABŞ Dövlət katibi Con Kerri martın 2-də Cenevrədə Rusiyanın xarici işlər naziri Sergei Lavrovla görüşüb.

Publika.az-ın məlumatına görə, görüş BMT İnsan Haqlarə Şurasının Cenevrədə keçirilən toplantısı çərçivəsində baş tutub. Kerri 20 dəqiqlik görüşdən sonra özünün Tvitter səhifəsində Ukrayna, Suriya və İranın nüvə proqramı ətrafında açıq fikir mübadiləsi apardıqlarını yazıb. Amma liderlər hələlik görüş barədə ictimaiyyətə elə bir açıqlama verməyiblər.

Bundan əvvəl fevralın 27-də Moskvada müxalifətdə olan siyasətçi Boris Nemtsovun öldürülməsinin danışıqların əsas mövzularından biri olacağı gözlənilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm