ŞOK: Avropada gəlin bazarı – FOTOLAR
Bizi izləyin

Dünya

ŞOK: Avropada gəlin bazarı – FOTOLAR

Bolqarıstanda hər il imkansız ailələrin övladları üçün toy mərasimləri keçirilir. “Gəlin bazarı” adını alan mərasimdə adətən qaraçı ailəsindən çıxan insanlar öz taylarını tapır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qaraçı qızları “yarmarkaya” gəlin libası və makiyajı ilə gəlir. “Yarmarkaya” gələn bəylər isə özünə uyğun və münasib qiymətə gəlin tapmağa çalışırlar.

Mərasim 18 min qaraçının məskunlaşdığı Stara Zaqora adlı yerdə keçirilir. Kalaici kimi tanınan bu qaraçılar Bolqarıstanın ən kasıb əyalətində yaşayır və misgərliklə məşğul olurlar.

“Gəlin yarmarkası” ildə 4 dəfə müxtəlif dini bayramlar vaxtı keçirilir. Kalaicilər xristian dininə sitayiş edirlər. Onlar qızlarının yoldan çıxarılacağını düşündüklərindən, 15 yaşından məktəbdən çıxarırlar.

“Gəlin yarmarkasında” bəy seçdiyi gəlinlə əl-ələ rəqs edir, onu valideynləri ilə tanış edir. Razılıq əldə edildikdən sonra oğlanın ailəsi qızın qohumlarına pul ödəməli olur. İşsizlik ucbatından gəlinlərin qiyməti aşağı düşüb. İndi bu qiymət 3400-6620 dollar arasında dəyişir. Lakin gəlin gözəl olarsa, qiymət daha çox ola bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm