Nemtsovun qətlində “çeçen izi”, “azərbaycanlı adı” və “Vaşinqtondan gələn sifariş” – İNANILMAZ RUS VERSİYASI
Bizi izləyin

Dünya

Nemtsovun qətlində “çeçen izi”, “azərbaycanlı adı” və “Vaşinqtondan gələn sifariş” – İNANILMAZ RUS VERSİYASI

Xəbər verildiyi ki, Rusiya müxalifətçisi Boris Nemtsovun qətlindən dərhal sonra istintaqçılar islamçı-ekstremizm izi, Ukrayna daxilindəki hadisələr, siyasi təxribat, kommersiya fəaliyyəti və məişət problemləri versiyaları irəli sürmüşdülər. Amma zaman keçdikcə bunlardan ilk ikisinə üstünlük verilməyə başlanılıb.

Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbələr siyasətçinin qətlinin arxasında Ukraynanın xüsusi xidmət orqanları və Adəm Osmayevin başçılıq etdiyi çeçen döyüşçülərinin olduğunu düşünürlər.

Rusiyalı xəfiyyələr istisna etmirlər ki, Nemtsov Ukraynanın xüsusi xidmət orqanlarının sifarişi üzrə öldürülüb. Hesab edilir ki, cinayətin təşkilatçıları Donetsk və Luqansk “xalq respublikaları”na qarşı vuruşan “Cövhər Dudayev” batalyonundakı çeçen döyüşçüləridir. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, dəstənin hazırkı komandiri, Rusiya prezidentinə qarşı sui-qəsd hazırlığında ittiham olunan Adəm Osmayev, həmçinin onun arvadı Amin Okuyeva Nemtsovun qətlinin təşkilatçısı olub. Plana görə Ukraynanın xüsusi xidmət orqanları müxalifətçinin qətli ilə Rusiya rəhbərliyinin nüfuzuna zərbə vurmalı, həmçinin siyasi stabilliyi pozmalı idilər.

Müstəntiqlər istisna etmirlər ki, cinayətin arxasında başqa ölkələrin, həmçinin Ukraynanın xüsusi xidmət orqanları dayanıblar. Qeyd edilir ki, qətlə hazırlıq və icrasının keyfiyyəti bunu deməyə əsas verir. Tədqiqatçılar hazırda Boris Nemtsovun qətli üçün Ukrayna xüsusi xidmət orqanlarının sifarişi və “Cövhər Dudayev” batalyonunun rəhbəri Adəm Osmayevin qətlin təşkilatçısı olduğu versiyası üzərində işləyirlər.

Adəm Osmayev isə Rusiyanın xüsusi xidmət orqanlarına yaxşı məlumdur. Ukrayna ordusunun tərəfində Donbas hövzəsində vuruşan “Cövhər Dudayev” batalyonu 2014-cü ilin martında Çeçenistan Respublikasının sakini İsa Munayev tərəfindən yaradılıb. O, Aslan Məshədovun Çeçenistan Respublikasında hakimiyyətə gəlişindən sonra Qroznının komendantı olub. 2006-cı ildə Çeçenistandan Danimarkaya qaçan Munayevə orada siyasi sığınacaq verilib. O, Danimarkada “Azad Qafqaz” hərəkatını yaradıb. Munayev Danimarkada olarkən Böyük Britaniyada olan Əhməd Zakayevlə əlaqə saxlayıb. Munayev 2014-cü ildə Ukraynaya gələrək anti-terror əməliyyatlarında iştirak etməyə başlayıb və “Cövhər Dudayev” batalyonunu yaradıb. Batalyonun əsasını Danimarkada yaşamış çeçen-immiqrantlar, həmçinin başqa ölkələrin vətəndaşları təşkil edirdi. Azərbaycan müdafiə nazirinin keçmiş müavini (1993 — 1995 il) İsa Sadıqov batalyon qərargahının rəhbəri olub. Batalyona həmçinin Rusiya prezidenti Vladimir Putinə sui-qəsddə ittiham edilən Adəm Osmayev və onun arvadı Amin Okuyeva qoşulub. Batalyonun şəxsi heyətinin ümumi sayı, Okuyevanın məlumatına görə, 300 nəfər təşkil edib. Lakin İlovaysk uğrunda gedən döyüşlərdən sonra batalyonun şəxsi heyətinin sayı azalıb. 2015-ci il fevralın 1-də Debaltsevo uğrunda gedən döyüşlərdə İsa Munayev öldürülüb və onu Adəm Osmayev əvəz edib.

Rusiya xüsusi xidmət orqanları hesab edir ki, Nemtsovun qətli ilə çeçen döyüşçüləri həm Ukrayna xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirə, həm də komandiri İsa Munayevin qisasını ala bilərdilər. Rusiya xüsusi xidmət orqanları hazırda cinayət işində nə qədər insanın iştirak etdiyini aydınlaşdırmağa çalışır. Tədqiqatçılar istisna etmirlər ki, Moskvada qatillərdən başqa “yol göstərənlər” və "nəzarətçilər” də olub. Ehtimal edilir ki, onlar cinayətdən nəticələri və verəcəyi siyasi effekti izləyirdilər.

Ekspertlər müxalifətçinin qətlində xarici xüsusi xidmət orqanlarının iştirakı versiyasını perspektivli hesab edirlər. Terror Təhlükələrinin Analizi Mərkəzinin direktoru Ramil Ratıpov qeyd edir ki, qətlə hazırlıq çox yüksək səviyyədə olub. O, qətl üçün fiqurun da mükəmməl seçildiyini bildirib.

Ekspertlər hesab edir ki, hadisə zamanı Nemtsovun yanında olan ukraynalı modelin sağ qalmasının da xüsusi mənası var. “Qətlin sifarişçisi istəyirdi ki, ukraynalı model sağ qalsın. Bu isə qətldə Ukrayna izini göstərir”, - “Alfa” Veteranlar Assosiasiyasının prezidenti Sergey Qonçarov deyib. Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, Milli Korrupsiyaya qarşı Komitənin (NAK) sədri Kiril Kabanov da güman edir ki, xarici xüsusi xidmət orqanlarının iştirakı haqqında versiya çox inandırıcıdır. Dövlət Dumasının təhlükəsizlik komitəsinin üzvü İlya Kostunov hesab edir ki, terror aktının hədəfi ölkədəki siyasi vəziyyətə təsiri göstərmək olub.

Amma rusiyalı siyası müşahidəçilər müxalifətçinin öldürülməsində ABŞ-ın “rolu”nu da yaddan çıxarmırlar. Politoloqların fikrincə, qətldə Ukraynanın xüsusi xidmət orqanları yalnız körpü ola bilər, Rusiyada siyasi xaos yaradılmasının real sifarişçiləri Vaşinqtondadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm