“Forbes” Saakaşvilinin düşməninin varidatını açıqladı
Bizi izləyin

Dünya

“Forbes” Saakaşvilinin düşməninin varidatını açıqladı

“Forbes” jurnalı 2015-ci il üçün milyarderlərin növbəti reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, “Forbes”ə görə, gürcüstanlı milyarder Bidzina İvanişvilinin varidatının məbləği 5,2 milyard dollardır.

Gürcüstanın sabiq baş naziri siyahıda 291-ci yeri tutur. “Forbes”in məlumatına görə, Bidzina İvanişvili Gürcüstanda ən zəngin insandır. Jurnal yazır ki, İvanişvili qiymətli sənət nümunələrinə malikdir. Onların qiyməti isə milyard dollar qiymətləndirilir.

“Forbes”in reytinqinə əsasən, gürcü milyarder ötən il planetin ən zəngin insanlarının siyahısında 270-ci yerdə idi. 2012-ci ildə isə 6,4 milyard dollar varidatı olan İvanişvili 153 yerdə qərarlaşmışdı.

“Forbes” reytinqində ilk yeri 79,2 milyard dollarla “Microsoft”un qurucusu Bill Qeyts tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm