Poroşenko Konstitusiya komissiyasını yaratdı
Bizi izləyin

Dünya

Poroşenko Konstitusiya komissiyasını yaratdı

Ukraynada Konstitusiya islahatlarının yeni mərhələsi başlayıb.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, prezidenti Pyotr Poroşenko Konstitusiya komissiyasının yaradılması haqqında fərmanı imzalayıb.

Komissiya ölkənin əsas qanununa dəyişiklikləri hazırlayacaq. Komissiyanın işinə müxtəlif siyasi güclərin nümayəndələrinin, həmçinin yerli və beynəlxalq ekspertlərin cəlb edilməsi nəzərdə tutulub.

“Biz Ukraynanın bütövlüyünü saxlamalıyıq. Ölkəni federasiya halına salmaq istəyəmlərə heç bir şans verməməliyik. Bu əslində Ukraynanın parçalanmasıdır”, - Poroşenko əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm