Rus kəşfiyyatçısına Odessa ilə bağlı TAPŞIRIQ
Bizi izləyin

Dünya

Rus kəşfiyyatçısına Odessa ilə bağlı TAPŞIRIQ

Rusiya silahlı qüvvələrinin Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti, “Donetsk Xalq Respublikası” separatçı qurumun keçmiş liderlərindən olan İqor Strelkov yeni tapşırıq alıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə anti-terror qərargahının “S” sektorunun komandir müavini Valentina Fediçev deyib.

Onun sözlərinə görə, Strelkov yaxın vaxtlarda Odessaya yola düşə bilər.

“Onun ümidi var ki, Odessaya getməklə Slavyansk təcrübəsi təkrarlanacaq. Bu, məni bir hərbçi kimi həqiqətən də qorxudur. Onun Odessada olması o anlama gəlir ki, mənim arxamda mənə qarşı cəbhə təşkil ediləcək”, - Valentina Fediçev vurğulayıb.

Xatırladaq ki, İqor Strelkov Donbas hövzəsində müharibənin başlanmasına görə özünün məsuliyyət daşıdığını bildirib. Onun həmçinin Krımın ilhaqında yaxından iştirak etdiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm