Liviyanın paytaxtına hücum başladı
Bizi izləyin

Dünya

Liviyanın paytaxtına hücum başladı

Liviyanın paytaxtı Trablusdakı Mitiga hava limanı general Xəlifə Hafterə bağlı döyüş təyyarələri tərəfindən bombalanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tobruk hökumətinə bağlı “Əl-Kaka Briqadası”nın sosial şəbəkədəki səhifəsində deyilir.

Açıqlamada həmçinin qeyd edilib ki, bu gündən etibarən paytaxt Trablusdakı hava limanları və hərbi bazalardakı qüvvələrə qarşı əməliyyatlar başlayacaq. Qeyd edək ki, Liviyadakı tərəflər arasındakı milli dialoq danışıqlarının gələn həftə Mərakeşdə keçiriləcəyi açıqlanmışdı.

Ölkədə hazırda biri Tobrukda (Nümayəndələr Məclisi), digəri isə Trablusda (Milli Ümumi Konqres) olmaqla iki hökumət fəaliyyət göstərir. Paytaxtdakı Milli Ümumi Konqresin dəstəklədiyi “Liviya şəfəqi” koalisiyası” ilə Tobrukdakı Nümayəndələr Məclisinin dəstək verdiyi “Qürur əməliyyatı” koalisiyası arasındakı qarşıdurmalar davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm