Dünya
Lavrov: “Şərhi Obamanın vicdanına buraxıram”
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov müxalifətçi Boris Nemtsovun qətli haqqında ABŞ prezidenti Barak Obamanın açıqlamasını şərh edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Lavrov Obamanın açıqlamasını onun vicdanına buraxdığını deyib.
“Ona yazmaq lazımdır, o, fikrini lazımı şəkildə ifadə edə bilmir”, - Lavrov vurğuladı.
ABŞ prezidenti bəyan edib ki, müxalifətçi Boris Nemtsovun
öldürülməsi Rusiyada vətəndaş azadlığının pisləşməsinin
göstəricisidir. “Mən nəyin baş verdiyini bilmirəm. Lakin mən
bilirəm ki, Rusiyada mətbuat azadlığı, azad informasiya, vətəndaş
hüquq və azadlıqları ilə bağlı vəziyyət 4,5 və ya hətta 10 il
əvvəlkindən pisdir”.
Qeyd edək ki, fevralın 27-də axşam saatlarında Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib.
Ömər Dağlı
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ