Prezident 15 ton fil dişini yandırdı
Bizi izləyin

Dünya

Prezident 15 ton fil dişini yandırdı

Keniya prezidenti Uhuru Kenyatta brakonyerliyə son qoyulması üçün aparılan kampaniyanın tərkib hissəsi kimi 15 ton fil sümüyünə od vurub.

Publika.az-ın məlumatına görə, qara bazar qiyməti 30 milyon dollar olan bu sümüklər indiyədək bir dəfəyə məhv edilmiş ən böyük fil dişi dəstidir.

Nayrobinin Milli Parkında keçirilən mərasimdə çıxış edən prezident deyib ki, “bu sümüklər cinayətkarlar tərəfindən məhv edilmiş fillərə məxsus olub”.

Fil sümüyü bəzək əşyalarının hazırlanması məqsədilə adətən Asiya ölkələrinə qaçaqmalçılıq yolu ilə nəql edilir.

Ətraf mühiti müdafiə fəalları bildirirlər ki, fil dişinə görə bu heyvanların öldürülməsi qarşıdan gələn bir neçə ildə onların kökünü kəsə bilər.

Prezident Kenyatta deyib ki, fil sümüyü ticarəti 25 il bundan əvvəl qadağan edilsə də, qara bazarın ona tələbatı azalmaq bilmir. O deyib ki, fil sümüyünün yandırılması təbiətin iqtisadiyyatdan yüksəkdə durduğunu göstərmək məqsədi daşıyır.

Cənab Kenyatta vəd edib ki, ölkənin 115 ton təşkil edən fil dişi anbarları ilin sonunadək məhv ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm