Ərdoğanın təyyarəsi havada qaldı
Bizi izləyin

Dünya

Ərdoğanın təyyarəsi havada qaldı

Səudiyyə Ərəbistanına rəsmi səfərdən qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi havaada qalıb.

Publika.az xəbər verir ki, Səud hava yollarından birinə məxsus təyyarə Səbihə Gökçən hava limanında enişi zamanı texniki nasazlıq səbəbilə uçuş zolağında qalıb. Yaranan vəziyyətə görə hava limanınında yarım saat uçuşlar dayandırılıb.

Hava limanından verilən açıqlamada bildirilib ki, eniş həyata keçirə bilməyən təyyarələr havada dövrə vurmağa məcbur olublar. Nasazlığı olan təyyarə uçuş zolağından aparıldıqdan sonra bütün reyslər bərpa edilib.

Havada qalan təyyarələrdən biri də Türkiyə prezidentinin olduğu təyyarə imiş. Uçuşlar dayandırılmadan 10 dəqiqə əvvəl Ərdoğanın şəxsi təyyarəsi Ankaradan İstanbula doğru uçurmuş. Yaranan problem səbəbilə həmin təyyarənin havada 2 dəfə dövrə vurduğu, uçuşlar açıldıqdan 18 dəqiqə sonra Yerə endiyi bildirilir.

Türkiyə prezidenti və həyat yoldaşı hava limanından Üsküdardakı evlərinə yollanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm