Rusiyada dəhşətli çevriliş planı - Nemtsovun qətlinin gerçək səbəbi
Bizi izləyin

Dünya

Rusiyada dəhşətli çevriliş planı - Nemtsovun qətlinin gerçək səbəbi

Rusiya hökumətinin keçmiş sədr müavini Alfred Kox Boris Nemtsovun qətlindən sonra öz həyatına görə narahat olduğunu deyib. Musavat.com-un məlumatına görə, bu barədə o, “Bild” alman nəşrinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, ötən ilin payızında o, Yuxarı Bavariyanın kəndlərindən birində Rusiya müxalifətinin indiki və əvvəlki müxalifət liderlərinin iştirakı ilə üç günlük gizli görüş təşkil edib. Sabiq siyasətçinin dediyinə görə, görüşdə Boris Nemtsov, Mixail Xodorkovski və adını çəkmək istəmədiyi Rusiya hökumətinin bir çox digər keçmiş üzvləri də iştirak ediblər.

“Söhbət zamanı müxalifətçilər “Putin hakimiyyətini necə sındırmağın yolunu” axtarıblar”, - deyə məqalədə qeyd edilir. Görüş iştirakçılarından biri – keçmiş gürcü nazir və Rusiya prezidentinin düşməni Kaxa Bendukidze həmin görüşdən cəmi bir neçə həftə sonra guya ürək problemindən dünyasını dəyişib:

“Qorxuram ki, o və Nemtsov – siyahıda öz həyatları ilə vidalaşan heç də sonuncu şəxslər deyillər”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm