Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı – OBAMADAN QƏRAR
Bizi izləyin

Dünya

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı – OBAMADAN QƏRAR

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı 2014-cü ilin martında tətbiq edilən sanksiyaların müddətinin bir il uzadılması barədə qərar verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Evin saytında yerləşdirilən bəyanatında deyilir.

Xatırladaq ki, ABŞ-ın Rusiyaya qarşı ilk sanksiyaları 6 mart 2014-cü il tarixində Obamanın 13660 saylı fərmanı ilə tətbiq edilib. Beləliklə, Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan rejim 6 martdan sonra daha bir il uzadılır.

ABŞ hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyaları 2014-cü ilin 16, 20 mart və 19 dekabr tarixlərində qəbul edib. Sanksiyalar Rusiyanın bir neçə şirkətinə, əsasən, energetika, maliyyə və müdafiə sənayesi sektorlarına toxunur. Bundan başqa, Rusiya bir sıra vətəndaşlarına qarşı da sanksiyalar tətbiq edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm