Türkiyə milli NASA-sını yaradır
Bizi izləyin

Dünya

Türkiyə milli NASA-sını yaradır

Türkiyə özünün NASA-sını (Amerika Milli Aerokosmik Agentliyi) - Türkiyə Kosmik Təşkilatını (TUK) yaratmaq üçün hərəkətə keçib.

Publika.az Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bunun üçün həm NASA-nın, həm də Avropa Kosmik Agentliyi (ESA) fəaliyyəti öyrənilib.

Bu ilin ilk yarısında “Türksat 4B” peykini kosmosa göndərməyə hazırlaşan Türkiyə, “Türksat 5A”nı qismən, “Türksat 6A”nı ilə tamamilə milli istehsal olaraq kosmosa göndərməyi planlaşdırır. Ankarada qurulan “Kosmos Evi” TUK-un nəzarətində olacaq. Peyklər, araşdırma və sınaq mərkəzləri, montaj və sistem inteqrasiyası üçün lazım olan laboratoriyalar və digər kosmos texnologiyaları “Kosmos şəhəri” layihəsi ilə TUK tərəfindən idarə olunacaq.

Nəqliyyat naziri Lütfi Elvan Türkiyənin NASA-sı olacaq TUK-la bağlı işlərin böyük hissəsinin görüldüyünü söyləyib. O, prosesi yayda keçiriləcək parlament seçkilərini kimi tamamlamaq istədiklərini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm