NATO Qara dənizdə hərbi gücünü iki dəfə artıracaq
Bizi izləyin

Dünya

NATO Qara dənizdə hərbi gücünü iki dəfə artıracaq

Martın 5-də Qara dənizə NATO-nun raket silahları ilə təchiz edilən iki hərbi gəmisi daxil olacaq.

Publika.az xəbər verir ki, bu barədə hərbi-diplomatik mənbəyə istinadən “İnterfaks” agentliyi bildirib.

“Kanada Hərbi Dəniz Qüvvələrinin “Frederikton” və İtaliya Hərbi Dəniz Qüvvələrinin “Alizeo” freqatları Qara dəniz istiqamətində hərəkət edirlər. NATO gəmilərinin bütün yerdəyişmələrinə müvafiq güclər və vasitələrlə nəzarət edilir”, - Rusiyadakı hərbi-diplomatik mənbə deyib.

Mənbə həmçinin qeyd edib ki, bununla da Qara dənizdə NATO-nun dörd hərbi gəmisi olacaq. Hazırda Amerika kreyseri (“Viksburq”) və Türkiyə freqatı (“Turqut Reis”) Qara dənizdədir.

1936-cı ildə imzalanan Montre konvensiyasına əsasən, Qara dəniz sahili olmayan ölkələrin hərbi gəmiləri burada maksimum 21 gün qala bilərlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm