Əsədin kəşfiyyat mərkəzini havaya sovurdular – VİDEO
Bizi izləyin

Dünya

Əsədin kəşfiyyat mərkəzini havaya sovurdular – VİDEO

Suriyanın ən böyük şəhəri olan Hələbdə müxalifət və rejim qüvvələri arasındakı qarşıdurmalar davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, müxalifət qüvvələri dünən Hələbdə böyük bir hücum həyata keçiriblər.

Hələbin qərbindəki Liramon bölgəsində Suriya rejiminin ən güclü bazalarından olan Hava Kəşfiyyat Mərkəzi (Muhaberat Cevviye) müxalifət qüvvələri tərəfindən havaya uçurulub. “Bu əməliyyatı reallaşdırmaq üçün 2 ay hazırlıq gördük. Tunel qazdıq və içini partlayıcılarla doldurduq”, - müxalif qüvvələrdəki mənbə bildirib.

Hava Kəşfiyyat Mərkəzinin partladıldığı anın görüntüləri internetdə yayılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm