Fransa tarixində bir ilk
Bizi izləyin

Dünya

Fransa tarixində bir ilk

Fransa Prezidenti Fransua Olland Karib regionuna işgüzar səfəri çərçivəsində mayın 11-də Kubada da olacaq.

Publika.az-ın məlumatına görə, bu, Fransa tarixində prezidentin Havanaya ilk səfəri olacaq. Fransa dövlətinin başçısı səfər zamanı Kuba ilə diplomatik əlaqələri qaydaya salmağa çalışacaq.

Kubadan sonra Fransua Olland indiyədək Fransaya məxsus olan adaya baş çəkəcək.

Qeyd edək ki, Fransua Ollandın “Azadlıq adası”na səfəri bu ölkənin kommunist rəhbərliyi ilə ABŞ arasında onilliklərlə davam edən düşmənçilik münasibətlərinin aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi fonunda baş tutacaq. Bu həftə, həmçinin Avropa İttifaqının nümayəndələri münasibətləri yaxşılaşdırmaqla bağlı məsələləri müzakirə etmək üçün Havanaya yollanacaqlar. Tərəflər bir çox problemləri, o cümlədən insan haqlarının qorunması məsələsini müzakirə edəcəklər. Bu mövzu Kubanın kommunist rəhbərliyi üçün çox həssas, Avropa İttifaqı üçün isə prinsipial məsələdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm