ABŞ səfirinə hücum edildi - FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

ABŞ səfirinə hücum edildi - FOTOLAR/VİDEO

ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippert Seulda silahlı şəxsin hücumu nəticəsində yaralanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, insident martın 5-də baş verib. Səfir Lippert hansısa tədbirdə iştirak etmək üçün gedirmiş. Elə bu zaman silahlı şəxs “Cənubi və Şimali Koreya birləşməlidir” çığıraraq səfirə hücum çəkib.

Lippert yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Televiziya kanallarında səfirin üzünün və biləyinin qan içində olduğu görünüb. Yerli mətbuatın verdiyi xəbərə görə, səfinin həyatı ilə bağlı heç bir təhlükə yoxdur.

Cinayətkar artıq saxlanılıb və onun şəxsiyyəti haqda hələ ki heç bir məlumat verilmir. KİV caninin soyadını Kim kimi göstərir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm