İŞİD-dən kitab: “İslam Dövləti”nə necə “hicrət” etmək olar?
Bizi izləyin

Dünya

İŞİD-dən kitab: “İslam Dövləti”nə necə “hicrət” etmək olar?

İŞİD terror təşkilatı internet vasitəsilə “İslam Dövlətinə Hicrət: 2015” adlı kitabı paylaşıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 50 səhifəlik kitabda Avropa və digər qitələrdən təşkilata qoşulmaq istəyənlərə məsləhətlər verilir.

İŞİD terror təşkilatına qoşulmaq istəyənlərə məsləhət görür ki, bununla bağlı ailələrinə belə məlumat verməsinlər. Təşkilat “turist səyahəti” təəssüratı yaratmaq üçün Türkiyəyə birbaşa deyil, Yunanıstan və İspaniya kimi ölkələrdən uçmasını məsləhət görür. Qeyd olunur ki, şübhə oyatmamaq üçün uçuş bileti ikitərəfli olmalıdır. Eyni zamanda Türkiyəyə dəniz və ya quru yolu ilə keçmənin daha etibarlı olduğu vurğulanır.

Kitabçada İŞİD-ə qoşulacaq şəxslərə xəbərdarlıq edilir ki, Türkiyəyə çatdıqdan sonra çox gizli şəkildə hərəkət etsinlər: ”Unutmayın ki, Türkiyə kəşfiyyat xidməti İŞİD-in dostu deyil”.

Bundan başqa, İŞİD-ə qoşulmaq istəyənlərə aşağıdakı məsləhətlər verilir:

- “Türkiyədə nə edəcəksiniz?” sualına “turistəm” cavabını verin.

- “Suriyaya gedirsiniz?” sualına birbaşa “xeyr” cavabı verərək yalan danışın.

- “Terrorçusanmı, “Əl-Qaidə” ilə əlaqən varmı, Suriyada “Əl-Qaidə”yə qatılacaqsan?” soruşsalar, “yox” cavabı verməlisiniz. Çünki Türkiyədə İŞİD ilə “Əl-Qaidə”yə fərq qoymurlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm