Ermənilər Atatürkün abidəsinin ucaldılmasına imkan vermədilər
Bizi izləyin

Dünya

Ermənilər Atatürkün abidəsinin ucaldılmasına imkan vermədilər

ABŞ-ın Kaliforniya ştatının Karson Siti şəhərində Mustafa Kamal Atatürkün abidəsinin ucaldılması ilə əlaqədar təklif şəhərin bələdiyyə məclisi tərəfindən rədd edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddətdir müzakirə edilən təklifin rədd edilməsində ABŞ-dakı erməni və yunan lobbisi böyük rol oynayıb.

Abidə ilə bağlı təklifdən xəbərdar olan Erməni İnqilabçı Federasiyası, ABŞ Erməni Milli Komitəsi, Erməni Gənclik Federasiyası və Amerika Yunan Şurası kimi təşkilatların 400-dən çox nümayəndəsi şəhər bələdiyyəsinin binasına toplaşıb. Bələdiyyə binasına sığışmayan ermənilər və yunanlar çöldə etiraz aksiyası təşkil edib.

Abidənin ucaldılması ilə bağlı təklifi ilk dəfə gündəmə gətirən bələdiyyə başçısı Jim Dear isə səsvermə zamanı qərarını dəyişdirərək təklifin əleyhinə səs verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm