Ukrayna parlamentindən vacib qərar – 250 MİNLİK ORDU
Bizi izləyin

Dünya

Ukrayna parlamentindən vacib qərar – 250 MİNLİK ORDU

Ukrayna Ali Radası Silahlı Qüvvələrin sayının 250 minə qədər artırılması haqqında prezident Pyotr Poroşenkonun təqdim etdiyi qanun layihəsinə səs verib.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, 2269 saylı qanun layihəsini iclasda iştirak edən 314 xalq deputatından 270-si dəstəkləyib.

Parlament iclasında iştirak edən müdafiə nazirinin müavini Pyotr Mexed qeyd edib ki, qanun Ukraynanın müdafiəsi üçün lazımdır. O vurğulayıb ki, anti-terror əməliyyatlarının tamamlanmasından sonra Silahlı Qüvvələrinin sayı hərbi-siyasi vəziyyətə əsasən azaldılacaq.

Qanun layihəsində qeyd edilir ki, hərbi sahədə Ukraynanın milli təhlükəsizliyinə olan təhlükələr nəzərə alınaraq Ukraynanın Silahlı Qüvvələrində operativ komandanlığın iki idarəsi, on bir briqada, dörd alay, on səkkiz batalyon, on altı ayrı bölük və on üç müxtəlif təyinatlı bölük formalaşdırılır. Qanun layihəsində Ukraynanın Silahlı Qüvvələrinin sayının 250 minə, o cümlədən 204 min hərbi qulluqçuya çatdırılması nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm