İŞİD 3 min illik şəhəri buldozerlərlə dağıdır – NİMRUD MƏHV EDİLİR
Bizi izləyin

Dünya

İŞİD 3 min illik şəhəri buldozerlərlə dağıdır – NİMRUD MƏHV EDİLİR

İraqın Mosul şəhərində tarixi heykəlləri dağıdan İŞİD terror təşkilatı 3 min illik Nimrud şəhərini yer üzündən silməyə başlayıb.

Publika.az xəbər verir ki, “Əl-Cəzirə”yə danışan mosullu mənbələr dünən günortadan sonra Mosulun 20 kilometr cənubi-şərqində yerləşən şəhəri buldozerlərlə yıxmağa başladığını bildiriblər.

İŞİD ötən həftə Mosulda minlərlə il tarixi olan heykəlləri dağıtmış və görüntüləri sosial şəbəkələrə paylaşmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm