Dünya
Putin: “Bütün bunların nəticəsini qonşu ölkədə gördük”
Rusiya prezidenti Vladimir Putin küçələrdə və sosial şəbəkələrdə “rəngli texnologiyalar”la mübarizə aparılmasını istəyib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı güc strukturlarından ekstremizmlə mübarizəni gücləndirməyi tələb edib.
“Ekstremistlər tərəfindən hazırlanan aksiyalara istənilən reaksiyanı vermək, uyğun profilaktik işi həyata keçirmək əhəmiyyətlidir. Hakimiyyət rəngli texnologiyaların köməyi ilə vətəndaş münaqişəsinin yaradılması cəhdləri ilə qarşılaşır. Bunlar qanunsuz küçə aksiyaları, sosial şəbəkələrdə düşmənçilik və nifrətin təbliğatı şəklində özünü göstərir. Ekstremistlər cəmiyyəti millətçilik, dözümsüzlük və təcavüz zəhəri ilə zəhərləyirlər. Bütün bunlar nəyə gətirib çıxara bilər? Biz bunu qonşu ölkənin - Ukraynanın nümunəsində yaxşı bilirik”, - Rusiya lideri Daxili İşlər Nazirliyinin kollegiya iclasında vurğulayıb.
Putin bildirib ki, cinayətkarların hədəfi vətəndaş münaqişəsini yaratmaq və yekunda ölkənin müstəqilliyinə zərbə vurmaqdır.
Xatırladaq ki, iki gün əvvəl “Kommersant” nəşri Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının “ölkənin müstəqilliyinin müdafiəsi” üzrə tədbirlər planı hazırladığını yazıb.
“Kommersant”ın mənbələri qeyd edir ki, Təhlükəsizlik Şurasının tərkibində yaradılan elmi şura seksiyalara bölünür. Seksiyalarda elmi təşkilatlarla yanaşı, ayrı-ayrı mütəxəssislər də yer alıb. Onların səlahiyyətinə daxili və xarici təhlükələrin elmi cəhətdən proqnozlaşdırılması, Rusiya Federasiyasının ictimai-iqtisadi inkişafı və milli təhlükəsizliyin təminatına təsir edən amillərin müəyyənləşdirilməsi daxildir. Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev elmi şuranın sədridir. Elmi şuranın yeni tərkibi 16 fevralda Vladimir Putinin fərmanı ilə təsdiq edilib. Seksiyaların qərarları tövsiyə xarakteri daşıyır və yekun qərar üçün dövlət başçısına təqdim olunur.
Ömər Dağlı
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı