Gürcüstanın baş naziri Qaribaşvili: “Türkiyə və Azərbaycan əsl dost ölkələrdir”
Bizi izləyin

Dünya

Gürcüstanın baş naziri Qaribaşvili: “Türkiyə və Azərbaycan əsl dost ölkələrdir”

Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə biznes-forum işinə başlayıb.

Publika.az “newsgeorgia.ru” saytına istinadən xəbər verir ki, tədbiri Gürcüstanın baş naziri İrakli Qaribaşvili açıb.

“Türkiyə və Azərbaycan Gürcüstan üçün əsl dost dövlətlərdir. Azərbaycan və Türkiyə bizim əsas strateji partnyorlarımızdır. Biz hər iki ölkə ilə ticari-iqtisadi və dostluq münasibətlərimizi möhkəmləndirməyə çalışırıq. Mənə çox xoşdur ki, Batumidə dördüncü dəfə keçirilən forum yaxşı bir ənənə olub”, - Qaribaşvili bildirib.

Hökumət başçısı əminliyini ifadə edib ki, forum çərçivəsində aparılan danışıqlar tərəflərə ticari-iqtisadi münasibətləri genişləndirməyə imkan verəcək: “Bir qayda olaraq, belə formatlar məsələlərin daha effektiv və vaxtında həllinə imkan yaradır. Gürcüstan, Azərbaycan və Türkiyədə böyük potensial var. Biz bütün regionumuzu Qərb və Şərq arasında iqtisadi münasibətlərdə əhəmiyyətli oyunçu etməyə qadirik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm