ABŞ- in 3 diplomatı ölkədən qovuldu
Bizi izləyin

Dünya

ABŞ- in 3 diplomatı ölkədən qovuldu

Mitinqlərin davam etdiyi Venesuelada ölkə prezidenti Nikolas Maduro ABŞ səfirliyindən 3 nəfəri ölkədən çıxarıb

Mitinqlərin davam etdiyi Venesuelada ölkə prezidenti Nikolas Maduro ABŞ səfirliyindən 3 nəfəri ölkədən çıxarıb.

Avropa.info-nun xarici mətbuata istinadən məlumatına görə, yerli televiziya kanalından xalqa səslənən N.Maduro ABŞ diplomatlarının ölkədən çıxarılmasının səbəblərini açıqlayıb.

Prezident ABŞ rəsmilərini hökumətə qarşı nümaişlər edən tələbələrlə görüşməkdə günahlandırıb. Onun sözlərinə görə, rəsmilər konsulluq işləri ilə məşğul olmaq əvəzinə universitetə sızmaq istəyiblər. N.Maduro diplomatları iki aydır ki, izlədiklərini deyib və ABŞ-ın Venesuela iqtidarını devirməyə çalışdığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm