Rusiya rəsmisi: “Separatçı rejimləri tanıya bilərik”
Bizi izləyin

Dünya

Rusiya rəsmisi: “Separatçı rejimləri tanıya bilərik”

Rusiya hakimiyyəti Ukrayna ərazisindəki separatçı rejimlərin tanınacağını istisna etməyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, senator Konstantin Kosaçevin sözlərinə görə, Donbasda sülhün əldə edilməsi üçün siyasi imkanlar bitsə, o zaman Rusiya Federasiyası Donetsk və Luqansk “xalq respublikalarını” tanıya bilər.

Rusiya parlamentinin ali palatasının üzvü olan Koseçev “Kommersant FM” radiostansiyasına verdiyi müsahibəsində bildirib ki, hazırda belə bir mövqe yoxdur: “Bütün tərəflərin qəbul etdiyi, Ukraynanın ərazi bütövlüyünün qorunmasını nəzərdə tutan siyasi proses və Minsk sazişi var”.

Bu zaman o əlavə edib: “Əgər siyasi yolla həllin bütün imkanları tükənsə, bu halda separatçı rejimlərin tanınmasını istisna etmirəm. Real vəziyyət belə olmalıdır: birincisi - atəşkəs, ikincisi - müharibənin yenidən bərpa olunmaması üçün ağır silahlar geri çəkilməsi, üçüncüsü - gələcək üçün danışıqlara başlamaq. Bu, tamamilə düzgün və yaxşı formuldur”.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm