Moskvada Ukrayna tərəfdarı olan jurnalisti dəyənəklə döydülər
Bizi izləyin

Dünya

Moskvada Ukrayna tərəfdarı olan jurnalisti dəyənəklə döydülər

Dünən gecə Rusiya paytaxtında jurnalist Aleksey Semyonov 2 naməlum şəxsin hücumuna məruz qalıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar jurnalisti əvvəlcə beysbol dəyənəyi ilə döyərək xəsarət yetiriblər, sonra onun pul kisəsini və noutbukunu əlindən alaraq qaçıblar.

Başından və əllərindən xəsarət alan 36 yaşlı jurnalist Botkin xəstəxanasına çatdırılıb. Semyonov istintaqa bildirib ki, hadisə gecə 2:30-da, işdən evə piyada qayıdarkən baş verib: “Küçədə arxamca 2 nəfərin gəldiyini gördüm. Öz aralarında söhbət edirdilər. Sonra qəfildən mənə hücum etdilər”.

Qeyd edək ki, Aleksey Semyonov Rusiyada Maydan tərəfdarı kimi tanınır. O, dəfələrlə Ukraynaya hərbi müdaxiləni pisləyib. Jurnalist dünənki hadisədə siyasi motiv görmədiyini deyib: “Hücum edənlər mənə heç nə qışqırmadılar, yəqin ki, adi kriminal idi. Məsələni siyasiləşdirmək istəmirəm”.

Lakin Semyonovun iş yoldaşları belə düşünmür. Onlar narahatdır. Siyasətçi Boris Nemtsovun öldürülməsindən sonra ölkədə radikal-faşist qüvvələr aktivləşib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm