Poroşenko Putinin məktubundan danışdı: “O dedi ki...”
Bizi izləyin

Dünya

Poroşenko Putinin məktubundan danışdı: “O dedi ki...”

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Pyotr Poroşenkonun Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkonun azad olunması haqda məktubuna cavab verib.

Publika.az xəbər verir ki, bu barədə Poroşenko ABŞ Dövlət katibinin müavini Entoni Blinkenomla görüşü zamanı bildirib.


Ukrayna prezidenti Savçenkonun Ukrayna ərazisində ruslar tərəfindən qeyri-qanuni tutulduğunu və qeyri-leqal yollarla Rusiyaya aparıldığını deyib.


“Mən Putinə Savçenkonun dərhal azad olunması üçün məktub göndərmişəm. Məktubda ukraynalı pilota tibbi yardımın göstərilməsi və digər yardımların edilməsini də xahiş etmişəm. Məktuba cavabda deyilir ki, son qərar hüquq normaları və humanizm prinsiplərinə əsaslanacaq”, - deyə o bildirib.


Ukrayna prezidenti pilotun azad olunması üçün aktiv fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm