Nemtsovun qatilləri saxlanıldı – RƏSMİ
Bizi izləyin

Dünya

Nemtsovun qatilləri saxlanıldı – RƏSMİ

Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

“Keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onlar Anzor Kubaşev və Zaur Dadayevdir. Dövlət başçısına bununla bağlı məlumat verilib”.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-dən 28-nə keçən gecə Moskvanın mərkəzində 4 güllə atəşi ilə qətlə yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm