150 il dəniz dibində qalan şərab nə dadır?
Bizi izləyin

Dünya

150 il dəniz dibində qalan şərab nə dadır?

ABŞ ekspertlərinin bir qrupu 1864-cü ildə Bermud adaları yaxınlığında batmış gəmidə aşkar edilən şərabın dadına baxıblar.

Publika.az-ın məlumatına görə, 4 il əvvəl tapılan içkinin dequstasiyası Çarlston şəhərindəki kulinariya festivalında keçirib.

Cənubi Karolinada keçən tədbiri onlarla adam izləyib.

"Mən artıq batmış gəmilərdə tapılan şərabların dadına baxmışam. Onlar bəzən heç də pis olmurlar”, - tədbirdə iştirak edən şərab eksperti Paul Roberts Reuters agentliyinə deyib.

Dequstatorlara əsasən bu dəfə 150 il dəniz dibində qalmış sarı ilə boz rənginə çalan şərabın dadında şor su, sirkə, kükürd və benzin dadları hiss olunub.

Ekspertlər içkidə yüngül sitrus notları və alkoqol izlərinin olduğunu da qeyd edirlər.

Şərab ABŞ vətəndaş müharibəsi illərində Konfederasiya qüvvələri üçün yük daşıyan gəmidə aşkar olunub. Dəniz səfərlərin birində sualtı qayalığa tuş gələn “Mary-Celestia” qəzadan 6 dəqiqə keçmiş batmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm