Kürdlər kanadalı hərbçini öldürdü
Bizi izləyin

Dünya

Kürdlər kanadalı hərbçini öldürdü

İraqda kanadalı serjant Endryu Jozef Doiron kürd silahlılarının səhvi nəticəsində həlak olub.

Publika.az-ın məlumatına görə, kürd silahlıları kanadalı hərbçiləri qarşı tərəfin əsgəri hesab edərək atəşə tutublar. Hadisə kanadalıların hərbi poliqondan müşahidə məntəqəsinə qayıtdığı vaxt olub.

Qeyd edək ki, İraqın şimalında Kanadanın 70 hərbçisi var. Kanadanın 6 hərbi təyyarəsi isə İŞİD terrorçularının nəzarətində olan ərazilərə hava zərbələri endirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm