Dünya
İqtisadiyyatı ən pis vəziyyətdə olan 15 ölkə
Nobel mükafatı laureatı iqtisadçı Milton Fridmenin bir
vaxtlar dediyi kimi: inflyasiya bir cəmiyyəti məhv edə biləcək bir
bəladır. İşsizliyin artması ilə insanların həyatını olduqca
çətinləşdirən təsirə qeyri-texniki bir termin də aid edilir:
səfalət.
Bloomberg tərəfindən aparılan sorğunun “səfalət indeksini”
təşkil edən məlumatlarına görə, bu il bu bəlanın ən kəskin şəkli
iqtisadiyyatı ən ağır vəziyyətdə olan beş ölkədə - Venesuela,
Argentina, Cənubi Afrika, Ukrayna və Yunanıstanda müşahidə
olunacaq. Bu, sadə bir tənlikdir: işsizlik səviyyəsi + istehlak
qiymətləri indeksi = səfalət.
Ukraynada müharibə daha böyük iqtisadi itkilərə səbəb olacaq.
Sorğunun nəticələrinə görə, ruspərəst üsyançılarla gərginlik
nəticəsində Şərqi Avropa ölkəsində işsizlik davam edəcək,
inflyasiya səviyyəsi isə azalmayacaq. Səfalət səviyyəsi ilə bağlı
verilən proqnozlara əsasən, bu iki zərbə Ukraynanın 51 ölkə
arasında iqtisadiyyatı ən ağır vəziyyətdə olan dördüncü ölkə
olacağı deməkdir.
Artımı zəif gedən gəlirlər isə ukraynalıları artan qiymətlərə
qarşı qoruya bilməyəcək. Ukrayna bu il adambaşına düşən ÜDM-in 8494
dollar olması ilə sorğu keçirilən və Beynəlxalq Valyuta Fondunun
gəlir hesablaması apardığı ölkələr arasında yalnız Filippini geridə
qoyur.
Sorğu nəticələri göstərir ki, Ukraynada 2014-cü ilin üçüncü rübü
etibarilə 8,9 faiz olan işsizlik səviyyəsi bu il 9,5 faizə qədər
yüksələcək. İnflyasiyanın isə dekabr ayında 24,9 faizlə müqayisədə
2015-ci ildə 17,5 faiz sürətlə artacağı proqnozlaşdırılır.
Ukrayna üçün heç də ümidverici olmayan gözləntilər hələ də
2014-cü ildə müharibə şəraitində olan və yoxsulluq indeksində
ikinci yerdə gələn ölkənin üzləşdiyi qədər pis deyil. 2015-ci il
üçün olan proqnozlar göstərir ki, keçən illə müqayisədə Ukrayna
Cənubi Afrika və Argentinanı keçə biləcək.
2015-ci ildə ən çox iqtisadi çətinlik çəkəcəyi gözlənilən
ölkələr – Cənubi Afrika, Argentina və Venesuela 2014-cü ilin
yoxsulluq indeksi üzrə tutduqları yerlərdən nəticə
çıxarmayıblar.
İstehlak qiymətləri indeksi ilə hesablanan inflyasiya səviyyəsinin
78,5 faiz olduğu Venesuela Ukraynanı dörd dəfə üstələyir.
Venesuelada əsas istehlak mallarının qıtlığı ötən həftə qonşu
Trinidad & Tobaqo ölkəsinin neft qarşılığında kağız dəsmal
təklif etməsinə səbəb olub.
İnvestorlar büdcə defisitləri həddən artıq çox olan Avropa
ölkələrini təsvir etmək üçün “PIIGS” (Portuqaliya, İtaliya,
İrlandiya, Yunanıstan, İspaniya) terminini yaydıqdan beş il sonra
da həmin ölkələrin dördü hələ də çətinliklərlə mübarizə
aparır.
Builki sıralamada hər birinin prooqnozlaşdırılan gəlir səviyyəsi sorğu keçirilən digər ölkələrə nisbətən orta olsa da, Yunanıstan 5, İspaniya 10, İtaliya 11-ci yeri tutur. (İrlandiya isə adambaşına düşən ÜDM 48787 dollar olmaqla yoxsulluq səviyyəsinə görə 16-cı yerdə gəlir. Səfalət indeksində göstərilən 51 ölkə arasında adambaşına düşən orta ÜDM-nin həcmi isə 31079 dollardır.)/musavat.com/
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR