Saxta dərmana görə xəstələrə təzminat ödəniləcək – 1 milyon
Bizi izləyin

Dünya

Saxta dərmana görə xəstələrə təzminat ödəniləcək – 1 milyon

Kanada Səhiyyə Nazirliyi hamiləlik zamanı ürək bulantılarını azaldan dərmandan istifadə səbəbindən xəstə uşaqları doğulan ailələrə təzminat ödənilməsini təklif edib.

Publika.az-ın məlumatına görə,1957-ci ildə Kanadada istehsal edilməyə başlayan Talidomide adlı dərman yüzə yaxın uşağın qüsurlu doğulmasına səbəb olub. Bir neçə il sonra dərmanın istifadəsinə qadağa qoyulsa da, 95 ailənin həyatını dəyişib.

Buna görə də, ölkənin Səhiyyə Naziri həmin ailələrə 168 milyon dollar ödənilməsini təklif edib.

İlkin mərhələdə hər ailəyə nağd 125min Kanada dolları ödənilməsi, qalan məbləğin müalicə xərclərini qarşılamaq üçün hissə-hissə verilməsi təklif edilib. Səhiyyə naziri ümumilikdə dərmandan zərər çəkən hər kəsə 1 milyon768 min 421min Kanada dolları təzminat ödənilməsi üçün paket hazırladıqlarını bildirib.

Nazir Rona Ambrose bu illər ərzində xəstəlikdən əziyyətçəkən insanların yaşadıqlarına peşman olduqlarını bildirib: “Heç bir peşmanlıq, təzminat və pulun həmin ailələrin yaşadığı çətinliyi aradan qaldırmayacağını bilirik. Həyatlarının bundan sonrakı dövrlərində onların daha yaxşı müalicə alması üçün ayırdığımız pulun onlara kömək edəcəyinə inanırıq”.

Qeyd edək ki, Talidomide adlı dərman 1957-ci ildə hamiləlik sancıları və ürək bulantılarını aradan aldırmaq üçün hazırlanıb. Daha sonra xəstə uşaqların dünyaya gəlməsinə səbəb olduğuna görə, 1962-ci ildə istifadəsinə qadağa qoyulub. Ona görə də, bu hadisə tarixə “Talidomide faciəsi” olaraq düşüb.

Daha sonra digər ölkələrdə də bu dərmandan istifadə qadağan olunub.2013-cü ildə Avstraliya və Yeni Zelandiyada 100-dən çox Talidomide qurbanına 81 milyon dollar təzminat ödənilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm