İŞİD-lə bağlı sual efirdə davaya səbəb oldu - VİDEO
Bizi izləyin

Dünya

İŞİD-lə bağlı sual efirdə davaya səbəb oldu - VİDEO

Livanda Əl-Səbayi proqramına qonaq olan Şeyx Əl Hani ona verilən suallara cavab verməkdən yayındığına və aparıcını təhqir etdiyinə görə studiyadan qovulub.

Publika.az-ın məlumatına görə, Rima Karaki adlı aparıcının qonağı olan şeyxlə aralarında mübahisə yaranıb.

Aparıcı şeyxə xristianların İŞİD-ə qoşulması haqqında sual verib. Şeyx suala cavab verərkən aparıcı bununla bağlı daha bir sual soruşub. Mübahisə də bu zaman yaranıb.

Şeyx aparıcıya “Sən məndən aşağısan. Mənim cavabıma müdaxilə edə bilməzsən. Çənəni bağla, cavab verim” deyib. Aparıcı bu sözlərdən çox əsəbiləşib. “Ya qarşılıqlı hörmət çərçivəsində danışacağıq, ya da bu söhbət burada bitəcək” deyib və qonağı efirdən qovub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm