Hakan Fidan yenidən MİT-ə rəhbər təyin olundu
Bizi izləyin

Dünya

Hakan Fidan yenidən MİT-ə rəhbər təyin olundu

Hakan Fidan yenidən Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri təyin olunub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə hökuməti rəhbərinin müavini Bülənt Arınç bəyanat yayıb.

Arınçın sözlərinə görə, Fidan Türkiyə Baş naziri Əhməd Davudoğlu tərəfindən yenidən təyin edilib.

Xatırladaq ki, Türkiyə kəşfiyyatının (MİT) rəhbəri fevralın 6-da istefa vermişdi. İstefaya səbəb onun parlament seçkilərdə iştirak etmək niyyəti ilə bağlı idi. Ancaq bu gün Hakan Fidan öz namizədliyi geri çəkib.

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri bu ilin iyununda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm