“Charlie Hebdo” basqınına görə fransız qadın polis həbs olundu
Bizi izləyin

Dünya

“Charlie Hebdo” basqınına görə fransız qadın polis həbs olundu

Fransa polisi “Charlie Hebdo” satirik jurnalı və yəhudi supermarketinə terrorçu basqınla əlaqədar dörd şübhəlini həbs edib.

Publika.az-ın məlumatına görə, həbs edilənlərdə biri qadın polisdi. Onların polislə atışmada həlak olmuş Amedi Kulibali ilə əlaqəli olduğu güman edilir.

Polis aşkar edib ki, həbs edilənlərdən biri – Amar adlı şübhəli basqın zamanı supermarketin yaxınlığında olub.

Şübhəlilərin dördü barədə də həbs qətimkan tədbiri seçilib.

Həbs olunmuş polis qadın adı çəkilən Amarın sevgilisidir. O İslamı qəbul etmiş fransızdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm