İraq ordusu Səddamın şəhəri ağzında: böyük əməliyyat başlayır
Bizi izləyin

Dünya

İraq ordusu Səddamın şəhəri ağzında: böyük əməliyyat başlayır

İraq ordusunun İŞİD terror təşkilatına qarşı Səlahəddin vilayətində apardığı əməliyyatlar davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ordu qüvvələri Tikrit şəhərinin 5 kilometr şərqində yerləşən Əl-Alam qəsəbəsinə daxil olaraq İraq bayrağını qaldırıb.

Əməliyyat çərçivəsində Tikrit yaxınlığında yerləşən Əl-Naima yaşayış məntəqəsində İŞİD-in üç kamikadzesi öldürülüb. Əldə edilən son uğurlardan sonra ordu qüvvələrinin bir neçə kilometr məsafədə yerləşən Tikrit şəhərinə 2 gün ərzində daxil ola biləcəyi təxmini edilir.

Əlavə edək ki, Tikrit şəhəri İraqın keçmiş prezidenti Səddam Hüseynin doğulduğu şəhərdir. Şəhər Səddamın edamından sonra da onun tərəfdarlarının əsas istinad nöqtəsi olub. Qeyd edilir ki, İraq ordusunun Tikritdən geri çəkilməsinin əsas səbəblərindən biri də mərkəzi Bağdad hökumətini qəbul etməyən Səddamın tərəfdarlarının İŞİD-ə dəstək verməsi olub.

Şimali İraq kürd regional rəhbərliyinin peşmərgə naziri Mustafa Seyid Kadir isə Kərkükün cənubi- qərbində İŞİD-ə qarşı təşkil edilən əməliyyatlar nəticəsində 15 kəndin tamamilə təmizləndiyini və İŞİD-in ən azı 150 üzvünün zərərsizləşdirildiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm