Ekspert: “Obama şahmat taxtasında Putinə məğlub olur”
Bizi izləyin

Dünya

Ekspert: “Obama şahmat taxtasında Putinə məğlub olur”

“ABŞ prezidenti Barak Obama Donbas hövzəsində münaqişənin eskalasiyası üzrə məsuliyyəti öz üzərinə götürməyə qorxur”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ukraynalı ekspert Rüstəm Taşbayev bildirib.

Onun sözlərinə görə, Barak Obamanın qorxaq siyasəti Ukraynaya silahları çatdırmaqdan imtinanın kökündə dayanan əsas faktordur: “Mən əminəm ki, prezidentin məsləhətçiləri müdafiə və hücum silahlarının Ukraynaya çatdırılmasının Rusiyanın növbəti müdaxiləsinə gətirib çıxaracağı barədə onu inandıra biliblər. Obama buna görə də məsuliyyəti öz üzərinə götürmək istəmir. O, gözləmə mövqeyi tutmaq barədə qərar verib”.

Ekspert əlavə edib ki, Obama bu şahmat oyununda Putinə məğlub olur. Onun fikrincə, ABŞ prezidenti Donbas hövzəsində nələrin baş verdiyi barədə etibarlı məlumata malik deyil və Rusiya-Gürcüstan münaqişəsinin tarixini öyrənməyib: “Prezidentin məsləhətçiləri və özü Rusiya-Gürcüstan münaqişəsinin tarixi ilə tanış olmalıdır. Həmin münaqişədə ABŞ öz gücünü göstərdi və Rusiya ordusu hərbi hərəkətlərini dayandırmağa məcbur oldu. Hesab edirəm ki, Obamada olan informasiyalar bir qədər qeyri-adekvatdır. Təbii ki, bu informasiyanı ona ən yaxın məsləhətçilər dairəsi verir. Obama və onun məsləhətçiləri Ukraynaya silahların çatdırılması yolunda dayanan yeganə maneələrdir”.

Qeyd edək ki, Almaniyanın ABŞ-dakı səfiri Piter Vittix “Associated Press” agentliyinə müsahibəsində ABŞ prezidentinin fevralın 9-da Almaniyanın kansleri Angela Merkellə görüşdən sonra Ukraynaya silahları çatdırmaqdan imtina etdiyini bildirib. Onun sözlərinə görə, Almaniyanın kansleri Angela Merkel Obamanın qarşısına inandırıcı dəlillər qoyub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm