Kadırov: “Putinə canım da qurbandır”
Bizi izləyin

Dünya

Kadırov: “Putinə canım da qurbandır”

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov həyatını Rusiya prezidenti Vladimir Putin üçün verməyə hazır olduğunu bildirib.

Publika.az xəbər verir ki, Kadırov bunu Putin tərəfindən "Şərəf" ordeni ilə təltif olunmasını “Instagram” səhifəsində şərh edərkən deyib.

Aldığı mükafat üçün Rusiya prezidentinə təşəkkür edən Kadırov “belə insan üçün həyatı vermək ən asan məsələdir” yazıb.

Qeyd edək ki, Çeçenistan prezidenti "Şərəf" ordeni ilə dünən təltif olunub. Rusiya mediasında yayılan xəbərlərə görə, prezidentin Kadırovun təltif edilməsi barədə fərmanda qeyd olunur: "Əmək nailiyyətlərinə, aktiv ictimai fəaliyyətinə və uzun illər ərzində vicdanlı işləməsinə görə Ramzan Əhmədoviç Kadırov "Şərəf" ordeni ilə təltif olunsun".

Kadırov bundan əvvəl də bir sıra dövlət mükafatları alıb. O, Rusiya Federasiyasının qəhrəmanı fəxri adına layiq görülüb.

Ramzan Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm