Netanyahu: “Bütün dünya bizi devirmək istəyir”
Bizi izləyin

Dünya

Netanyahu: “Bütün dünya bizi devirmək istəyir”

İsrailin baş naziri Benyamin Netanyahu parlament seçkilərinə bir həftə qalmış verdiyi açıqlamasında bütün dünyanın onu devirməyə çalışdığını iddia edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir onun devrilməsi üçün dünya miqyasında böyük səy göstərildiyini bildirib.

Netanyahu lideri olduğu sağçı “Likud” Partiyasının üzvləri ilə görüşündə qeyd edib ki, İsraildə hökumətin dəyişməsi üçün fəaliyyət göstərən təşkilatlara xarici maliyyə fondlarından dəstək verilir.

Qeyd edək ki, İsraildə parlament seçkiləri martın 17-də keçiriləcək. Netanyahunun rəhbəri olduğu “Likud” Partiyası qələbə qazansa belə təkbaşına hökumət qura bilməyəcəyi təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm