Britaniyalı nazir: “London Putinin sirlərini aça bilər”
Bizi izləyin

Dünya

Britaniyalı nazir: “London Putinin sirlərini aça bilər”

London Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafının maliyyə sirlərini aça bilər.

Publika.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib.

Britaniyalı nazir bildirib ki, Vladimir Putin və onun yaxın ətrafının maliyyə sirlərinin açıqlanması Rusiya hakimiyyətinə qarşı təzyiq xarakterli növbəti addımlardan biri ola bilər: “Biz Rusiya xalqına informasiyanı çatdıra bilərik ki, əslində nə baş verir? Bu, maraqlı fikirdir. Əminəm ki, Rusiyada insanlar bu məsələ ətrafında fikirləşməyə başlayacaqlar”.

Xatırladaq ki, “Hermitage Capital” investisiya fondunun başçısı Bil Brauder Rusiya prezidentinin sərvətini 200 milyard dollar qiymətləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm