Dünya
Nazarbayev razılaşdı: prezidentliyə namizəd olacaq
Qazaxıstan prezidenti Nursultan Nazarbayev növbədənkənar prezident seçkilərində iştirak etməyə razılaşıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hazırkı dövlət başçısı rəhbərlik etdiyi “Nur Otan” (“Vətənin İşığı”) partiyasının namizədi kimi seçkilərdə iştirak edəcək.
Xatırladaq ki, Qazaxıstan parlamentinin Senatı növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Qazaxıstan Xalqlar Məclisinin təşəbbüsünü dəstəkləyib. Qazaxıstan Xalqlar Məclisi isə təşəbbüsünü bu şəkildə əsaslandırıb: “Bunun üçün bizim arqumentlərimiz var. Birincisi, iki seçki kampaniyası - prezident və parlament seçkiləri 2016-cı ildə keçiriləcək. Bu, hüquq uyğunsuzluğudur. İkincisi, ekspertlərin qiymətlərdirmələrinə görə, 2016-cı ildə dünya maliyyə böhranı pik səviyyədə olacaq”.
Nursultan Nazarbayev martın əvvəlində bildirib ki, Qazaxıstan vətəndaşlarından minlərlə məktub alır. Dövlət başçısının sözlərinə görə, vətəndaşları ondan qarşıdakı seçkilərdə namizədliyini irəli sürməyi xahiş ediblər. “Düzünü desək, mənim şəxsi planlarım tamamilə başqa idi”, - o, deyib.
Qazaxıstanda növbədənkənar seçkilər 26 aprel 2015-ci ildə keçiriləcək. Bu günə olan məlumata görə, 10 nəfər prezidentliyə namizədliyini irəli sürüb.
74 yaşlı Nazarbayev 1989-cu ildən Qazaxıstana başçılıq edir. O, SSRİ-nin dağılmasına qədər Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub. Qazaxıstanın Konstitusiyasına əsasən, bir şəxs iki dəfədən çox prezident ola bilməz. Amma bu məhdudiyyət Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevə şamil olunmur.
Ömər Dağlı
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ