Putin, Nazarbayev və Lukaşenko arasında görüş təxirə salındı
Bizi izləyin

Dünya

Putin, Nazarbayev və Lukaşenko arasında görüş təxirə salındı

Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin Astanada keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Puskov bildirib.

Vladimir Putin, Aleksandr Lukaşenko və Nursultan Nazarbayevin görüşünün 12-13 mart tarixlərində keçirilməsi planlaşdırılırdı. Dmitri Puskov görüşün təxirə salınmasının səbəbini açıqlamayıb.

Dövlət başçılarının görüşündə Ukraynadakı vəziyyəti və dünya iqtisadiyyatındakı müasir tendensiyaların Avrasiya İqtisadi İttifaqındakı inteqrasiya proseslərinə təsiri müzakirə olunmalı idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm