Ekspert: “Rusiya Donbas hövzəsində müharibəni yalnız o halda dayandıra bilər ki...”
Bizi izləyin

Dünya

Ekspert: “Rusiya Donbas hövzəsində müharibəni yalnız o halda dayandıra bilər ki...”

“Rusiya hərbi qulluqçuları arasında böyük itkilər Kreml rəhbərliyini Ukraynanın şərqində hərbi təcavüzü dayandırmağa məcbur edə bilər”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ukraynalı ekspert Rüstəm Taşbayev bildirib.

“Donbas hövzəsində münaqişə yalnız o zaman bitəcək ki, Kreml hər hansı sonrakı hərəkətlərin tamamilə faydasız və hər hansı konkret nəticə vermədiyini başa düşəcək. Donbas hövzəsində münaqişə yalnız o halda başa çata bilər ki, Ukrayna güclü və müasir ordu quracaq. Yalnız “yük 200”lər Rusiyanı dayandıra bilər. Əgər Rusiya bu qurbanları alarsa, ölkə daxilində narazılıq artacaq, siyasi vəziyyət pisləşəcək. Belə bir vəziyyət Çeçenistan Respublikasında aparılan müharibədə də yaranmışdı”, - Taşbayev deyib.

Taşbayevin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin özünü qoruduğu tək amil Rusiya əsgərləri arasında böyük qurbanlara imkan verməməsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm