Ankaradan Avropanın müdafiəsinə 60 minlik ordu TƏKLİFİ
Bizi izləyin

Dünya

Ankaradan Avropanın müdafiəsinə 60 minlik ordu TƏKLİFİ

Avropa Birliyinə (AB) qəbul olunacağı halda Türkiyə AB-nin ordusunu 60 min hərbçi ilə təmin etməyə hazırdır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Avropa Birliyi naziri Volkan Bozkır deyib.

Volkan Bozkır Çexiyanın Türkiyədəki səfiri Pavel Kafka ilə görüşündə qeyd edib ki, AB indiyə kimi şəxsi ordusuna malik olmadığı üçün özünü “yumşaq güc” kimi göstərir.

Martın əvvəlində Avropa Komissiyasının başçısı Jan-Klod Yunker Avropanın vahid ordusunun yaradılmasına ehtiyac olduğunu bildirib. O qeyd edib ki, vahid ordu AB ölkələrinə ümumi xarici və təhlükəsizlik siyasətini həyata keçirməyə, həmçinin beynəlxalq arenada baş verən hadisələr üçün birgə məsuliyyət daşımağa kömək edə bilər.

Türkiyənin AB-yə üzvlüyü haqqında danışıqlar isə 2005-ci ildən aparılır. Ancaq Kipr problemi danışıqlarda çətinlik yaradan əsas məsələdir. Brüssel adanın şimalını Kipr Respublikasının ərazisi hesab edir. Ankara isə 1983-cü ildə müstəqilliyini elan edən Şimali Kipr Türk Cümhuriyyətini qanunauyğun hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm