Müxalifət vahid komanda formalaşdırır
Bizi izləyin

Dünya

Müxalifət vahid komanda formalaşdırır

Suriya müxalifəti Cenevrə danışıqlarının üçüncü raundunda iştirak etməyi planlaşdırır. Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın Xalqın İradəsi Partiyasının katibi, Dəyişiklik və Azadlıq Xalq Cəbhəsinin nümayəndəsi Kadri Cəmil bildirib.

“Biz müxalifətin vahid nümayəndə heyətini yaratmağa çalışırıq. Biz təcili olaraq müxalifəti özünün nümayəndə heyətini formalaşdırmağa çağırırıq. Çünki, müxalifət Cenevrədə keçiriləcək danışıqların üçüncü raundunda iştirak etməyə məcburdur”, -K.Cəmil söyləyib.

Onun sözlərinə görə, əks halda hökumətin nümayəndə heyəti danışıqlar üçün real tərəf tapa bilməyəcək. Siyasətçi həmçinin vurğulayıb ki, Suriyada terrorizmin güclənməsinə qarşı mübarizə aparmaq lazımdır:

“Əks halda Suriya ikinci Əfqanıstana çevrilə bilər. Terrorizmlə mübarizə aparmasaq, bu, dəhşətli bəla bütün regiona yayılacaq. Terrorizmin yuvasını məhv etmək lazımdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm