Göyərtəsində 11 hərbçi olan helikopter qəzaya uğradı - VİDEO
Bizi izləyin

Dünya

Göyərtəsində 11 hərbçi olan helikopter qəzaya uğradı - VİDEO

ABŞ-ın Florida ştatında hərbi təlimlərə cəlb edilən helikopter qəzaya uğrayıb.

Publika.az-ın məlumatına görə, qəza zamanı helikopterdə 11 hərbçi olub. Onların taleyi barədə hələlik heç bir məlumat verilmir. Pensakola və Destin bölgələrində orduya aid sahil bölgəsində axtarışların həyata keçirildiyi bildirilir.

Son olaraq axtarışlar zamanı helikopterin müəyyən hissələrinin və insan qalıqlarının aşkar edildiyi xəbəri yayılıb.

Ağ Ev rəsmisi Coş Ernest gün ərzində keçirilən brifinqdə ABŞ prezidenti Barak Obamanın generallar ilə danışdığını, hərbçilərin itkisindən sarsıldığını və onların ailələrinə başsağlığı çatdırdığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm