Dünya
İŞİD Tikritdə kimyəvi silahdan istifadə etdi
İraqın Tikrit şəhərində İraq ordusu və şiələrdən ibarət milis qüvvələrilə küçə döyüşləri aparan İŞİD məğlubiyyətdən xilas olmaq üçün kimyəvi silaha əl atıb.
Publika.az xəbər verir ki, BBC telekanalı İraq hökumətinə istinadən terror təşkilatının xlorin qazından istifadə etdiyini bildirib.
BBC-nin məlumatına görə, İraq ordusunun təqdim etdiyi videolarda partlayışlardan sonra havaya narıncı rəngdə tüstünün yüksəldiyi görünür. İŞİD-in atdığı bombaların hazırlanmasında az miqdarda xlorin qazından istifadə edildiyi və bu miqdarın açıq havada öldürücü olmadığı bildirilir.
Kimyəvi silah mütəxəssisləri xlorin qazından psixoloji təsir yaratmaq məqsədilə istifadə olunduğunu düşünür.
Qeyd edək ki, İraqın hökumət qüvvələri dünən Tikrit şəhərinin mərkəzini ələ keçirib. Hazırda şəhərin bəzi hissələrində küçə döyüşlərinin getdiyi xəbər verilir.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!