Çeçen yazıçı Kemerondan “Avatar” üçün bir milyard dollar tələb etdi
Bizi izləyin

Dünya

Çeçen yazıçı Kemerondan “Avatar” üçün bir milyard dollar tələb etdi

Çeçen yazıçı Ruslan Zakriyev “Avatar” filminin rejissoru Ceyms Kameronu plagiatlıqda ittiham edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, yazıçı Hollivud kinematoqrafçısını məhkəməyə vermək niyyətindədir.

Ruslan Zakriyev filmin əldə etdiyi gəlirin təxminən üçdə bir hissəsini – bir milyard dolları tələb edir. Əlavə edək ki, “Avatar” filmi tarixdə ən gəlirli film hesab olunur. Onun gəliri 2,7 milyard dollar təşkil edir.

“Kameron üç milyard dollar qazanıb. Onun bir milyard dollarını bizə verməlidir. Mən kinostudiya yaratmaq və filmlər çəkmək istəyirəm. Məndə əsər çoxdur, amma kinostudiyalarım yoxdur”, - çeçen yazıçıs deyib.

O iddia edir ki, Kemeron “Avatar” filminin ssenarisi zamanı onun “Məxfi silah” romanından istifadə edib. Roman 2002-ci ildə dərc edilib, film isə 2009-cu ildə təqdim olunub. Yazıçı Kemerona bir neçə məktub göndərib. Kemeron isə bildirib ki, çeçen yazıçıdan başqa, ABŞ-da ondan çox müəllif “Avatar”ın ssenarisinin oğurlandığını iddia edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm