Kameron da imtina etdi
Bizi izləyin

Dünya

Kameron da imtina etdi

Böyük Britaniyanın baş naziri Devid Kameron İkinci Dünya Müharibəsində qələbənin 70 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak üçün Moskvaya getməkdən imtina edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Devid Kameronun rəsmi nümayəndəsi bildirib.

Bundan əvvəl isə Amlaniyanın kansleri Angela Merkel Rusiyanın Ukraynaya təcavüz etdiyini əsas gətirərək 9 mayda Moskvada keçiriləcək paradda iştirak etməyəcəyini bildirib. Polşa prezidenti Bronislav Komorovski də mayın 9-da Moskvaya getməyəcəyini bəyan edib. İkinci dünya müharibəsinin başa çatması ilə bağlı isə Qdanskda bayram mərasimi təşkil ediləcək. Varşava hesab edir ki, qələbə tədbirləri Moskvada deyil, məhz müharibənin başlandığı Qdansk şəhərində keçirilməlidir.

Şimali Koreyanın gənc lideri Kim Çen İn və Vyetnam prezidenti Çıonq Tan Şanq isə Moskvanın dəvətinə müsbət cavab veriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm